GMO məhsulların Azərbaycana gətirilməsi qadağan edildi

Siyahıda üzümçülük və pambıqçılıq məhsulları var.
Dəyişiklikdə qeyd edilib ki, şərabçılıq məhsullarının istehsalında, pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.
Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.
Dövlət başçısı Nazirlər Kabinetinə "Üzümçülük və şərabçılıq haqqında” qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan respublikasının qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək tapşırılıb.