Bakıda 20 kiloqram narkotik ələ keçirilib

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb. 42-ciparalel.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər RPİ tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib. 42-ciparalel.az