Avropa Birliyinin rəsmisi Bakıya gəlir

{title

Federika Moqerininin səfəri fevral-mart aylarında baş tutacaq.
 42-ciparalel.az məlumatına görə, AB-nin Bakı ofisindən Melena Mardın verdiyi xəbərə görə, Moqerininin səfəri yaxın zamanda baş tutacaq.Avropa Birliyin xarici işlər komissarı Federika Moqerininin Azərbaycana səfəri planlaşdırılır.
"Səfər fevralın sonları, martın əvvəllərinə planlaşdırılır. Onun yaya qədər Azərbaycana gələcəyi məlumdur”, - deyə M.Mard jurnalistlərə bildirib.
M.Mardın bildirdiyinə görə, hazırda tərəflər F.Moqerininin Azərbaycana səfər proqramının üzərində işləyirlər.
 
Avropa Birliyinin rəsmisi Bakıya gəlir
 
Federika Moqerini - AB rəsmisi
Federika Moqerini İtaliyanın xarici işləri naziri və eyni zamanda AB-nin xarici siyasət və təhlükəsizlik məslələri üzrə yüksək vəzifəli təmsilçisidir.
Ötən ilin dekabrında Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerininin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sonrakı inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdi. 
 
42-ciparalel.az