Azərbaycanda 4 illik qənaət başlayır – büdcə dəyişdiriləcək

Azərbaycan hökuməti dünya bazarlıranda neftin qiymətinin kəskin aşağı düşməsi və onun ölkə iqtisadiyyatına təsirinin azaldılması məqsədilə ciddi addımlar atmaq niyyətindədir. Bura 2016-cı ilin dövlət büdcəsinin dəyişdirilməsi, 4 il davam edəcək ciddi qənaət rejiminin başlanması, dövlət investisiyalarının azaldılması, dövlət idarəetməsində ciddi islahatların aparılması, eləcə də dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsi aiddir. Bu barədə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. «Manatın devalvasiyası qaçılmaz idi» Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz etmişdir. Qlobal iqtisadi proseslərin ölkəmizin inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır: «Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən ölkələrin timsalında da görə bilərik». Dövlət büdcəsi dəyişdiriləcək
42-ciparalel.az