Mərkəzin açılışında iştirak edib

Oktyabrın 22-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.
42-Ciparalel.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.
42-Ciparalel.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.
Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.