Ərzində ərazilərin mina və partlamamı

{title

Ərzində ərazilərin mina və partlamamı

2018-ci ilin may ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 4 820 062 m² (482.01 ha) ərazi yoxlanılmış, 129 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 528 810 261 m² (52 881.03 ha) ərazi təmizlənmiş, 796 884 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

May ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102” Xidməti-Zəng Mərkəzindən – 14 (on dörd) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 11 (on bir) müraciət daxil olmuşdur. Müraciətlər əsasında 10 450 m² ərazi təmizlənmiş, 38 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

 

MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

 

2018-ci ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmamışdır.

42-CiParalel.azƏrzində ərazilərin mina və partlamamı