Goranboy rayonunda əməliyyat

2018-ci il 14 may tarixində saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Yenikənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olmuşdur.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilmişdir.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə meşə massivinə baxış keçirilmişdir. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli raket (PQ-18) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Aşkar olunmuş raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 may 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, 10 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 3 507 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 80 465 kv.m ərazi yoxlanılmışdır.42-CiParalel.az