Ucar rayonu təcili əməliyyat

2018-ci il 16 aprel tarixində saat 14:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:48-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ucar rayonunda dəmiryol xəttinin yaxınlığında 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olmuşdur.Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Qazax dəmiryol xəttinin 295-ci km-nə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. Aşkar olunmuş metal əşyanın ətrafında200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.