Xızı rayonunda təmizləmə əməliyyatı

ANAMA tərəfdən 42-CiParalel.az-a verilən məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:21 Dekabr 2017-ci il tarixində həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 272 ədəd partlamamış hərbi sursat (PHS), 395 ədəd partlamış-yanmış mərmi qalıqları və 1225 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 425 000 kv.m (42.50 ha) ərazi yoxlanılmışdır.Ümumiyyətlə, 101 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 23 247 ədəd partlamamış hərbi sursat (PHS), 14 466 ədəd partlamış-yanmış sursat qalıqları və 84 295 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 74 791 978 kv.m (7 479 ha) ərazi yoxlanılmışdır.Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.