Beyləqan şəhəri ərazisində kiçirilmiş təcili təxirəsalınmaz əməliyyat

{title

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olmuşdur.                                                                                                                                                                  

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilmiş, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş mərminin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilmiş,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.42-CiParalel.az

  Beyləqan şəhəri ərazisində kiçirilmiş təcili təxirəsalınmaz əməliyyat