• Bölgə
  • 28-11-2017, 00:55
  • 249Oxunub

Xızı rayonunda partlayış

{title

Xızı rayonunda  partlayış

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)

tərəfindən 42-CiParalel.az-a verilən məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə: 

27 Noyabr 2017-ci il tarixində partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 193 ədəd partlamamış hərbi sursat (PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 463 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 289 000 kv.m (28.90 ha) ərazi yoxlanılmışdır.Ümumiyyətlə, 82 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 20 390 ədəd partlamamış hərbi sursat (PHS), 9 861 ədəd partlamış-yanmış sursat qalıqları və 71 512 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 71 348 062 kv.m (7 135 ha) ərazi yoxlanılmışdır.Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.Xızı rayonunda  partlayışXızı rayonunda  partlayış