Xızı rayonunda baş vermiş partlayış

Milli Agentlik (ANAMA) tərəfindən 42-CiParalel.az-a verilən məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:
07 Noyabr 2017-ci il tarixində partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 165 ədəd partlamamış hərbi sursat (PHS), 154 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 557 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 830 180 kv.m (83.02 ha) ərazi yoxlanılmışdır.Ümumiyyətlə, 63 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 14 568 ədəd partlamamış hərbi sursat (PHS), 6 621 ədəd partlamış-yanmış sursat qalıqları və 62 559 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 61 445 822 kv.m (6 145 ha) ərazi yoxlanılmışdır.Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.