N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış

{title


Anama 42-CiParalel.az-a verdiyi məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:15 Oktyabr 2017-ci il tarixində yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 137 ədəd partlamamış hərbi sursat (PHS), 49 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 400 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 195 000 kv.m (19.50 ha) ərazi yoxlanılmışdır. 

Ümumiyyətlə, 44 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 12 415 ədəd partlamamış hərbi sursat (PHS), 5 158 ədəd partlamış-yanmış sursat qalıqları və 37 870 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 46 672 328 kv.m (4 667 ha) ərazi yoxlanılmışdır.Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış