tərəfindən Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

ANAMA tərəfindən 42-CiParalel.az-a verilən məlumata görəXızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:
01 Sentyabr 2017-ci il tarixində hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində 6 evin həyətyanı sahəsinə, 2 otlaq sahəsinə, əkin sahəsinə, balıqçılıq təsərrüfatına, avtomobil yolunun kənarına, qəbirstanlığın yaxınlığına, ferma ərazisinə, taxıl anbarının yaxınlığına və eko-turizmin həyətinə baxış keçirilmiş, 406 ədəd partlamamış hərbi sursat (PHS), 36 ədəd partlamış-yanmış raketin qalıqları, 152 kq yandırma aşkar olunaraq götürülmüş, nəticə etibarilə 2 367 939 kv.m (236.79 ha) əraziyə yoxlanılmışdır.
Ümumiyyətlə, 6 gün ərzində 11 ev, 34 evin həyətyanı sahəsinə, 4 ferma ərazisinə, 3 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına baxış keçirilmiş, 7 776 854 kv. m (777.68 ha) əraziyə yoxlanılmış, 701 ədəd partlamamış hərbi sursat, 372 ədəd partlamış-yanmış sursat qalıqları və 609 kq yandırma aşkar olunaraq götürülmüşdür.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.