Ağcabədi rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Ağcabədi rayonu  Yuxarı Qiyaməddinli kəndi – 1 ev və həyatyanı sahəyə baxış keçirilmiş, 1 ədəd tank əleyhinə TM-62 minasının partladıcısı (MVZ-62) və 2 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüşdür.

Ərazidə əməliyyat növbəti gün də davam etdiriləcəkdir.

 (Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və  Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)            Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 30 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına,     166 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 783 ədəd partlamamış hərbi sursat, 192 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4 626 855 kv.m ərazi (706 548 kv.m əl ilə, 1 595 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 212 167 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.42-CiParalel.az