26 İyun 2017-ci il tarixində Agentlik tərəfindən Gəncə şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

ANAMA-dan 42-CiParalel.Az-a verilən məlumata görə,  bu gün Gəncə şəhəri Nizami rayonu – ″AZƏRİTTİFAQ″-ın yanındakı məhəlləyə baxış keçirilmiş,       1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 100 kv.m ərazi                            yoxlanılmışdır.(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 26 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına,                    165 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 781 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4 542 520 kv.m ərazi (703 893 kv.m əl ilə, 1 560 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 165 487 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.