Ağdam rayonu, Əhmədağalı kəndi ərazisində keçirilmiş əməliyyat barədə OPERATİV MƏLUMAT Novbetchi Hisse Кому: undisclosed-recipients:;

Ağdam rayonu
Əhmədağalı kəndi – rabitə xəttinin çəkiləcəyi əraziyə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 9 000 kv.m ərazi yoxlanılmışdır.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və
DİN -nin "102" Xidməti-zəng Mərkəzinin məlumatları)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 iyun
2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan,
Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan,
Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir,
Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1
hərbi hissənin yaxınlığına, 163 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin
həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə,
keçmiş hərbi şəhərciyə, suvarma və
drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil
yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə,
qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 775 ədəd
partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə
mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4 115 770 kv.m ərazi (681 371
kv.m əl ilə, 1 434 940 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən
cihazı və 1 886 459 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.