08 İyun 2017-ci il tarixində Agentlik tərəfindən Qazax rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

Qazax rayonu Quşçu Ayrım kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, 1 ədəd partlamamış 125 mm-lik tank mərmisi (OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 20 kv.m ərazi yoxlanılmışdır.
(Qazax RİH-nin məlumatı)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 163 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 666 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 3 854 477 kv.m ərazi (656 373 kv.m əl ilə, 1 345 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 740 064 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.42-CiParalel.Az