Agentlik tərəfindən Tərtər rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Agentlik tərəfindən Tərtər rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

 

Tərtər rayonu Azad Qaraqoyunlu kəndi – pambıq sahəsində 2 çalaya baxış keçirilmiş,                       2 m dərinliyində qazılmış, mina və partlamamış hərbi sursat aşkar edilməmiş,                     nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılmışdır.

 (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

  

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 07 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə,  suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 665 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 3 811 922 kv.m ərazi (654 094 kv.m əl ilə,                                     1 328 440 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və                                  1 716 388 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.   42-CiParalel.Az