Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan əməliyyat

{title

 

Cəbrayıl rayonu  Cocuq Mərcanlı kəndi – gün ərzində 1 071 ədəd qəlpə1 ədəd tank əleyhinə mina (TM-57) və    1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənmiş27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 47 563 kv.m (4.76 ha)).

CƏMİ:          91 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 101 597 ədəd qəlpə71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ),  2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 23 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmişdir.  

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 115 284 kv.m (211.53 ha) ərazi tam təmizlənmiş, 1 111 240 kv.m (111.12 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 3 226 524 kv.m ( 322.65 ha)).

 


Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.42-CiParalel.Az Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan əməliyyat