20 May 2017-ci il tarixində Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə

{title

[medium=left]http://42-ciparalel.az/uploads/posts/2017-05/14953 

Cəbrayıl rayonuCocuq Mərcanlı kəndi – gün ərzində 1 257 ədəd qəlpə, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 20 146 kv.m (2.01 ha) ərazi tam təmizlənmiş, 22 000 kv.m (2.2 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 42 146 kv.m (4.21 ha)).

CƏMİ:          88 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 70 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ),  2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 18 ədəd piyada əleyhinə mina (OZM-72) və 135 ədəd tank əleyhinə mina   (28 ədəd TM-57 minası və 107 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmişdir.

 İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 055 477 kv.m (205.55 ha) ərazi tam təmizlənmiş, 1 037 040 kv.m (103.7 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 3 092 517 kv.m ( 309.25 ha)).

  

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.42-CiParalel.Az

55783_cebrayil-rayonu-cocuq-mercanli-kendi-20.05.2017-88-4.jpg[/medium]