18 May 2017-ci il tarixində Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə

{title

 

Cəbrayıl rayonuCocuq Mərcanlı kəndi – gün ərzində 1 494 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS)    (30 mm-lik silah qumbarası (VOQ-17)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 25 357 kv.m (2.54 ha) ərazi tam təmizlənmiş, 28 300 kv.m (2.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 53 657 kv.m (5.37 ha)).

CƏMİ:          86 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 68 ədəd partlamamış hərbi sursat (PHS)               (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ),  2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 2 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 14 ədəd piyada əleyhinə mina (OZM-72) və 127 ədəd tank əleyhinə mina (27 ədəd TM-57 minası və 100 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmişdir. 

 

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 016 267 kv.m (201.63 ha) ərazi tam təmizlənmiş, 986 940 kv.m (98.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 3 003 207 kv.m ( 300.32 ha)).

 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.18 May 2017-ci il tarixində Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  aparılan təmizləmə əməliyyatları barədə