14 May 2017-ci il tarixində Agentlik tərəfindən Bakı şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

Bakı şəhəri
Sabunçu rayonu – Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilmiş, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 100 kv.mərazi yoxlanılmışdır.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 620 ədəd partlamamış hərbi sursat, 119 ədəd tank əleyhinə mina və 14 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 2 814 899 kv.m ərazi (592 430 kv.m əl ilə, 862 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 247 069 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.42-CiParalel.Az