Ağcabədi rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a x'b'r verir ki, 

Ağcadəbi rayonuMuğanlı kəndi – Qarqar çayına baxış keçirilmiş, 1 ədəd tank əleyhinə mina           (TM-62M) mina aşkar edilmiş, daşınması mümkün olmadığına görə partlayış yolu ilə yerində zərərsizləşdirilmiş, nəticə etibarilə 1 500 kv.m ərazi yoxlanılmışdır.

 (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

  

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 08 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş,                  5 618 ədəd partlamamış hərbi sursat, 115 ədəd tank əleyhinə mina və 13 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş,  2 698 984 kv.m ərazi (583 545 kv.m əl ilə, 800 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və                       1 202 139 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.Ağcabədi rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında