Agentlik tərəfindən Yevlax rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

Yevlax rayonu
Aran qəsəbəsi – ″Goran poliqonu″adlanan əraziyə baxış keçirilmiş, 1 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25M) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılmışdır.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 143 ədəd partlamamış hərbi sursat, 109 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 2 570 464 kv.m ərazi (567 727 kv.m əl ilə, 749 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 140 737 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.42-CiParalel.Az