Tovuz rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS)

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az- xəbər veriri ki, Tovuz rayonu  Əlimərdanlı kəndi – 1 otlaq sahəsinə baxış keçirilmiş, 1 ədəd əl qumbarası (RQN) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 200 kv.m ərazi yoxlanılmışdır.

 (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

  

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 19 aprel  2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 8 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma

və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 132 ədəd partlamamış hərbi sursat,          103 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 992 674 kv.m ərazi (528 688 kv.m əl ilə, 566 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  784 586 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.