Tovuz rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-xəbər verir ki Tovuz rayonuƏyyublu kəndi – 1 əkin sahəsinə baxış keçirilmiş, 1 ədəd təlim məqsədli 82 mm-lik ″Alazan″ raketinin maketi aşkar edilərək götürülmüş, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılmışdır.

 (DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 18 aprel  2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma

və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 130 ədəd partlamamış hərbi sursat, 83 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş,        1 947 238 kv.m ərazi (526 392 kv.m əl ilə, 548 800 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 759 046 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.