16 Aprel 2017-ci il tarixində Agentlik tərəfindən Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi 42-CiParalel.Az-a verditi məlumata görə 

Füzuli rayonu Əhmədalılar kəndi – 1 ev və həyatyanı sahəyə baxış keçirilmiş, 1 ədəd 125 mm-lik  partlamamış top mərmisi (BM-22) və 1 ədəd partlamış PQ raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılmışdır.

 (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı) 

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 16 aprel  2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma

və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 130 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş,        1 913 594 kv.m ərazi (525 108 kv.m əl ilə, 535 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  740 086 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.