İlham Əliyev Yevlax rayonundadır

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Yevlax rayonuna səfərə gəlib.
42-CiParalel.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.