Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Füzuli rayonu
İkinci Mahmudlu kəndi – kəndarası torpaq yola baxış keçirilmiş, 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülmüş, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılmışdır.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və
DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma
və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 129 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 843 842 kv.m ərazi (523 006 kv.m əl ilə, 508 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 699 136 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.