Cocuq Mərcanlı kəndi 29.03.2017 - 43 -cü əməliyyat günü

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi 42-CiParalel.Az-xəbər verir ki,
Cəbrayıl rayonuCocuq Mərcanlı kəndi – gün ərzində 1 727 ədəd qəlpə aşkar edilmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 14 064 kv.m ərazi (428 kv.m əl ilə, 4 500 kv.m mexaniki üsulla və 9 136 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.CƏMİ: 43 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 33 ədəd tank əleyhinə mina (9 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 1 259 207 kv.m ərazi (422 238 kv.m əl ilə, 356 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 367 969 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.