, Cocuq Mərcanlı kəndi 41 -ci əməliyyat günü

27 Mart 2017-ci il tarixində Agentlik tərəfindən 42-CiParalel.Az-a xəbər verir ki,Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə
Cəbrayıl rayonu
Cocuq Mərcanlı kəndi – gün ərzində 1 402 ədəd qəlpə aşkar edilmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 25 971 kv.m ərazi (399 kv.m əl ilə, 7 300 kv.m mexaniki üsulla və 18 272 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
CƏMİ: 41 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 32 ədəd tank əleyhinə mina (8 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 1 228 746 kv.m ərazi (421 635 kv.m əl ilə, 348 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 mart
2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan,
Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə,
Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin
yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su
arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına,
yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə,
istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış
keçirilmiş, 5 001 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və
8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 283 180 kv.m ərazi
(476 069 kv.m əl ilə, 348 500
kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik
ölçən cihazı və 345 611 kv.m minaaxtaran itlərin
dəstəyi ilə) yoxlanılmışdır.