Lənkəran rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi 42-CiParalel.Az-a istinadən xəbər verir ki,Lənkəran rayonuQurumba kəndi – su hövzəsinə baxış keçirilmiş, 1 ədəd təlim məqsədli tank əleyhinə RPQ-22 silahı PQ-22 raketi ilə birlikdə aşkar edilmiş, nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılmışdır. 

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı) 

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 23 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə,      1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 000 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 254 209 kv.m ərazi (472 670 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.Lənkəran rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqındaLənkəran rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında