Tovuz rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

16 Mart 2017-ci il tarixində Agentlik tərəfindən 42-CiParalel.Az-a xəbər verirki,
Tovuz rayonunda aşkar olunmuş
Mina və Partlamamış Hərbi Sursatlar (PHS)
Alakol kəndi - 1 əkin sahəsinə baxış keçirilmiş, 1 ədəd piyada əleyhinə mina (PMN-2) aşkar edilmiş, məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilmiş, nəticə etibarilə 20 kv.m. ərazi yoxlanılmışdır.
(DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)
mumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 991 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 209 812 kv.m ərazi (463 984 kv.m əl ilə, 321 600 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 311 228 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
Ü