Qarabağ kanalının kənarına baxış keçirilmiş, 1 ədəd 100 mm-lik yivsiz top mərmisi

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a bildirir ki,Agentlik tərəfindən
Ağcabədi rayonunda aşkar olunmuş
Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında
OPERATİV MƏLUMAT
Ağcabədi rayonu
Avşar kəndi – Qarabağ kanalının kənarına baxış keçirilmiş, 1 ədəd 100 mm-lik yivsiz top mərmisi (3BK-16M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 500 kv.m. ərazi yoxlanılmışdır.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və
DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 149 277 kv.m ərazi (457 817 kv.m əl ilə, 288 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.42-CiParalel.Az