Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə

{title

Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən 42-CiParalel.Az-a verilən məlumata görə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi – gün ərzində 787 ədəd qəlpə, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, nəticə etibarilə 23 338 kv.m ərazi (2 238 kv.m əl ilə, 12 600 kv.m mexaniki üsulla və 8 500 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

 

 

CƏMİ:          36 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat      (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi          (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və          1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM),          1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası,                      1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi),         4 ədəd piyada əleyhinə mina (OZM-72) və 32 ədəd tank əleyhinə mina (8 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 1 106 473 kv.m ərazi (415 013 kv.m əl ilə, 288 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  289 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

 

 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 13 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş,                 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 148 777 kv.m ərazi (457 317 kv.m əl ilə,            288 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  289 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.