Ağcabədi rayonu Qaradolaq kəndi – Qarabağ kanalının kənarına mina (TM-62M) aşkar edilmişdir

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a xəbər verir ki,11 Mart 2017-ci il tarixində Ağcabədi rayonu- 

Qaradolaq kəndi – Qarabağ kanalının kənarına baxış keçirilmiş, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilmiş, məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilmiş, nəticə etibarilə 400 kv.m. ərazi yoxlanılmışdır.


 

(DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

 

  

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 11 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş,                 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 125 439 kv.m ərazi (455 079 kv.m ərazi əl ilə,    275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.Ağcabədi rayonu  Qaradolaq kəndi – Qarabağ kanalının kənarına mina (TM-62M) aşkar edilmişdir