MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a verilən xəbərə görə 2017-cı ilin fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 1,048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894 -dur.
Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.