Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar

{title

Agentlik tərəfindən 42-CiParalel.Az-ə verilən məlumata görə Füzuli rayonu 3-cü Zobcuq qəsəbəsi – 1 əkin sahəsinə baxış keçirilmiş, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 740 kv.m ərazi yoxlanılmışdır.(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və

DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 10 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş,                 1 987 ədəd partlamamış hərbi sursat, 72 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 125 039 kv.m ərazi (454 679 kv.m əl ilə,            275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.