Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən 42-CiParalel.Az-a verilən məlumata görə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi – gün ərzində 944 ədəd qəlpə aşkar edilmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 53 704 kv.m ərazi (5 904 kv.m əl ilə, 13 200 kv.m mexaniki üsulla və 34 600 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 10 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 986 ədəd partlamamış hərbi sursat, 72 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 124 299 kv.m ərazi (453 939 kv.m əl ilə, 275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.