Sumqayıt Texnologiyalar Parkında partlayış olub, xəsarət alan var

Sumqayıtda sexdə partlayış olub.
42-ciparalel.Az-ın məlumatına görə, hadisə Tağıyev qəsəbəsində yerləşən Texnologiyalar Parkında qeydə alınıb. Balon doldurma sexində balonun partlaması nəticəsində orada işləyən, 1960-cı il təvəllüdlü Kamandar İslam oğlu Hüseynov xəsarət alıb.
Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.