Gəncədə beşinci mərtəbədən yıxılan qız sağ qalıb

{title

Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb. 42-ciparalel.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır