• Aktual
  • 5-12-2015, 22:30
  • 521Oxunub

Sabiq sədr barəsində həbs qəti-imkan tədbiri seçilib

{title

42-ciparalel.az
 
Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankınsabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub. C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb.

Sabiq sədr bundan əvvəl də bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.

Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

Vəzifəsindən azad edilən Milli Təhlükəsizlik naziri Eldar Mahmodovun qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sonuncu dəfə oktyabr ayının 19-da "Bandotdel”-ə çağırılıb.
Cahangir Hacıyev "Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri "kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.