NATO-dan Türkiyəyə dəstək

42-ciparalel.az
NATO gəmiləri Bosfor boğazına gəliblər
NATO-ya məxsus hərbi gəmilər Rusiya ilə Türkiyə arasında artan gərginlik fonunda Türkiyəyə dəstək məqsədi ilə Bosfor boğazına gəliblər.
"Euronews" telekanalında bildirilib ki, Amerika,Kanada, Portuqaliya və İspaniya hərbi dəniz donanmasına məxsus freqatların İstanbul limanına ziyarəti Rusiyanın Qara dənizdəki güc nümayişinə cavab kimi qiymətləndirilir. Əhali də hərbi fəallığı təyyarənin vurulması ilə əlaqədar ola biləcəyini bildirib.
Amerikanin 6-cı operativ hərbi dəniz donanması sülh və stabilliyə yardım məqsədilə Qara dəniz regionuna doğru istiqamətləndiyini bildirib. Yaranmış vəziyyətlə bağlı Rusiyanın da hansı açıqlama verəcəyi indi hamını maraqlandıran əsas məsələlərdəndir.