Türkiyədən Rusiyaya gəmi qısası ( Video )

42-ciparalel.az
Samsun limanında Rusiya bayraqlı 4 gəmi saxlanılıb.
Türkiyə gərgin münasibətdə olduğu 4 rus gəmisini saxlayıb. Bu gün yayılan məlumata görə, Rusiya bayrağı altında üzən 5 gəmi Türkiyənin Samsun limanında saxlanılıb. "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərdə yoxlamalar başlayıb. Gəmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.




Türkiyənin Rusiyada saxlanılan gəmiləri
Məlumat üçün bildirək ki, son bir həftə ərzində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə gəmisi PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb. Gəmilər Rusiya Dənizçilik İdarəsinin müfəttişləri tərəfindən hazırlanan sənədlər əsasında yoxlanılır. Yük gəmiləri Novorossiysk limanında saxlanılıb. Bu gəmilərin adları - "Meyra", "Adalady", Halil Şahin, Mert Deval, Mahmud Saka adlı yük gəmiləri olub. Bir müddət əvvəl isə Türkiyə Rusiyaya məxsus gəmilərin Bosfor boğazından keçməsinə mane olması barədə məlumat yayılmışdı. Lakin bu məlumat təsdiqini tapmayıb. Bosfor boğazı Rusiya Federasiyası, Ukrayna və Cənub-Şərqi Avropa üçün əsas dəniz arteriyasıdır. Eyni zamanda, Rusiyaya, məhz, həmin yollarla kənd təsərrüfatı və sənaye malları çatdırılır. Qara dənizdən Aralıq dənizinə yol Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizivasitəsilə çıxmaq olur. Odur ki, bu boğaz böyük iqtisadi qiymətə malikdir. Bundan başqa, Rusiya Bosfor və Dardanel boğazları vasitəsilə təkcə məhsullar deyil, eyni zamanda, yanacaq da daşıyır. Suriyaya Rusiyanın təyyarə bazası üçün hərbi yüklərin daşınmasında da bu boğazların rolu danılmazdır.
Türkiyənin Rusiya gəmilərini Bosfor boğazında saxlaması