• Aktual
  • 30-11-2015, 16:47
  • 349Oxunub

Türklərin vurduğu təyyarənin pilotunun cəsədi Rusiyaya verildi

{title

42-ciparalel.az
 

    Oleq Peşkovun cənazəsi Hatay vilayətində türkmənlərdən təhvil alınıb.

Ötən həftə Türkiyə "F-16" qırıcısı tərəfindən vurulan Rusiyaya məxsus "Su-24" təyyarəsinin pilotu Oleq Peşkovun cənazəsi Rusiya nümayəndə heyətinə təhvil verilib. 

İlk öncə cənazə Hatay vilayətindən paytaxt Ankaraya gətirilib. Rusiyalı pilot Oleq Peşkovun cənazəsi Suriya ilə sərhəddə yerləşən Hatay vilayətində türkmənlərdən təhvil alınıb. 

Pilot katapulta etdikdən sonra suriyalı döyüşçülər onu öldürüb. Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Oleq Peşkov ölümündən sonra "Rusiya qəhrəmanı ordeni” ilə təltif edilib.

Sağ qalan "Su-24"ün şturmanı Konstantin Muraxtin isə müxtəlif dərəcəli zədələrlə xəstəxanaya yerləşdirilib. Bundan əlavə insident yerində axtarış - xilasetmə əməliyyatında iştirak edən "Mi-8" hərbi helikopterinin vurulması nəticəsində matros Aleksandr Pozıniç həlak olub. Muraxtin və Pozıniç isə "Cəsarət” ordeninə layiq görülüblər.

Konstantin Muraxtin - "Su-24"ün şturmanı

"Su-24" təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.