• Aktual
  • 30-11-2015, 00:44
  • 244Oxunub

Uşaq cinsi zorakarlığına qarşı “İÇ GEYİM” qaydaları

{title

42-ciparalel.az
 
Britaniyanın "Uşaq Zorakarlığının Qarşısının Alınması üzrə Milli Cəmiyyətin (NSPCC)”-in təşəbbüsü ilə "PANTS (ingiliscə -tuman)” adlı uşaqlar üçün "tumuş qaydaları” tərtib və ictimaiyyətə təqdim etmişdir. 

Bu təşəbbüsün əsas məqsədi uşaqları cinsi zorakılıq və təhqirlərdən qorumaqdır. Məlum faktdır ki, bütün dünyada uşaqlar böyüklər tərəfindən nəinki fiziki hətta cinsi zorakılığa məruz qalırlar. Əksər uşaqlar baş verənləri öz valideynləri ilə bölüşməkdən çəkinirlər. Çünki təcavüzkarlar ailəyə rahatlıqla gəlib-gedən insanlar-ailəvi dostlar, xidmət göstərən personal hətta uzaq və yaxın qohumlar ola bilər. 

NSPCC-i valideynlərə uşaqlarla bu mövzuda çox delikat şəkildə söhbət açaraq maarifləndirmək üçün asan qaydaları təklif edir. Uşağı çimizdirərkən, onu ayaqyoluna apararkən, bədəninə krem çəkərkən bu mövzuda danışmaq tövsiyyə edilir. Bu qaydalar uşaqlarla rahat və hətta "cins” və "zorakılıq” sözlərini istifadə etmədən kommunikasiya qurmağa imkanlar təqdim edir. Elə "PANTS” sözü özü də həmin qaydaların baş hərflərindən meydana gəlmişdir: 

- P - rivates are private – "Şəxsi nahiyyətlər şəxsidir”. Uşaqlarınıza alt paltarları ilə örtülü olan hisslərin şəxsi nahiyyə olduğunu anlatmağınız gərəkdir. Heç kimin bu nahiyyələrə əl vurmaq, baxmaq ixtiyarı yoxdur. Həmçinin uşaqlara da başqalarının "şəxsi” nahiyyələrə toxunması və baxması yolverilməz olduğunu başa salın. 

- A - lways remember your body belongs to you – "Həmişə yadında olsun ki, sənin bədənin sənə məxsusdur.” Heç kimin onların bədəninə nə isə etməyə və bununla da uşağı rahatsız etməyə ixtiyarı yoxdur. Kimsə bunu etmək istəsə uşağın "yox” demək haqqı var. Uşağınızla onu rahatsız edən bədən təmasları haqqında danışmağa həmişə hazır olduğunuzu bildirin. 

- N - o means no – "Yox, yox deməkdir”. Uşağın xoşagəlməz toxunuşlara yox demək ixtiyarı var, hətta toxunan insan onun tanıdığı və ya sevdiyi biri olarsa belə. Onların bədənlərinə və hislərinə hörmət edilməlidir. Bu hallarda uşaq "yox-olmaz” deməyi bacarmalıdır. 

- T - alk about secrets that upset you – "Səni narahat edən sirlər haqqında danış”. Yaxşı və pis sirlərin fərqini uşağınıza anladın. Təcavüzkarın uşağa "bu bizim kiçik sirrimizdir” deməsi pis sirr olduğunu başa salın. Pis sirlər insanı rahatsız, qorxumuş və gəmgin edə bilir. Uşaqlara sirr ilə bölüşməyi öyrədin. 

- S - peak up, someone can help – "Danış, kimsə yardım edə bilər.” Uşaqlara narahat və qorxduqları zaman sevdikləri və inandıqları böyüklərdən kiminləsə danışmağı öyrədin. Onlara xatırladın ki, hər hansı bir problemin olması onların günahı deyil və böyüklərdən kiminləsə danışmaq onlara bir zərər yetirməz.