• Aktual
  • 30-11-2015, 00:00
  • 207Oxunub

Elman Ağazadə saxlanılıb

{title

42-ciparalel.az
 
Lənkəranda tanınmış dindar Elman Ağazadə saxlanılıb. E.Ağazadə evindən polis əməkdaşları tərəfindən aparılıb.

Əldə edilən məlumata görə, E.Ağazadə Tale Bağırzadə və tərəfdarlarının saxlanıldığı gün Lənkəranda məsciddə olub. Polis onu da saxlamaq istəsə də, məsciddə olan dindarlar buna imkan verməyib.

E.Ağazadənin Tale Bağırzadə və Hacı Zülfüqarla yaxın münasibətləri və əlaqələri olub. Onun saxlanılma səbəbi kimi də bu əlaqələr göstərilir.

Onu da qeyd edək ki, E.Ağazadənin həbsinə etiraz edən bir qrup dindar Lənkəran Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Qeyd edək ki, noyabrın 6-da Nardaranda dindarlarla polis arasında silahlı qarşıdurma baş vermişdi. Bu zaman 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişmişdi. Tale Bağırzadə və tərəfdarları saxlanılıb.



 
 
 
 
 
 
 
 
 
 
Bundan başqa, bu gün Neftçala rayonunda Nardaran hadisələri ilə əlaqəli 2 nəfər də saxlanılıb. MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı, rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.