• Aktual
  • 28-01-2016, 10:04
  • 580Oxunub

BMT-nin baş katibi Bakıya gəlir

{title

BMTSA-nın 7-ci Qlobal Forumuna dair Təşkilat Komitəsinin 2-ci iclası keçirildi
 
Ötən gün Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayındaBakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirildi.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən 42-ciparalel.az-a daxil olan məlumata görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) istifadəyə verilib.



Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Qeyd olundu ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib və Təşkilat Komitəsinin katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu iclasda iştirak edib. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Foruma hazırlığın vəziyyəti barədə məlumat verib. 



Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini bildirdi. Qeyd etdi ki, Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb. Nazir qeyd etdi ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir.



Vurğulandı ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq. Sonra Forumun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə beynəlxalq tədbir barədə məlumat verdi. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər və Forumun proqramına dair slayd nümayiş olundu. Bildirildi ki, tədbir iştirakçıları baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Fevralın 20-də isə BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.





Diqqətə çatdırıldı ki, Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
 
42-ciparalel.az