“15 minə yaxın yeni iş yeri açılacaq” - Nazir

Nazir qeyd edib ki, bu sərəncama əsasən qeyri-neft ixracının subsidiyalaşdırılması mexanizmi hazırlanacaq:
"Artıq Prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib.
Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur.
Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq”.
Həmçinin, Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə bir il yarım ərzində icra olunmalıdır və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır:
"İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqbət qabiliyyəti artmalıdır.
Dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacağıq”.